“Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın anası Nora heç bir halda Stepanakerti (Xankəndini-R.N) tərk etmək, evindən çıxıb Yerevana getmək istəmir”. SİA xəbər verir ki, bu barədə Ermənistanın 1in saytı "Hraparak" qəzetinə istinadən yazır.
Onun axtarışda olan nəvəsi Narekin (Serj Sarkisyanın qardaşı oğlu-R.N.) tapılmasından sonra, o oğullarına zəng edərək deyib: “Narahat olmayın, ölməyəcəyəm, həbsxana kişilər üçündür və fikirləşməyin ki, öləcəyəm, mən hələ nəyin-necə başa çatacağını görməliyəm”.
Erməni saytı xatırladır ki, ölkədə siyasi etirazlar yaranan zaman onun sağlamlığı ilə bağlı problemləri yaranıb və Yerevanın “Nairi” səhiyyə mərkəzində müalicə alıb. “Serj Sarkisyan istefaya getdikdən sonra, onu tez-tez ziyarət edirdi”, deyə erməni saytı qeyd edir.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB