Gürcüstandakı seçkilərdə çoxsaylı pozuntular olub “National Interest”

Gürcüstandakı seçkilərdə çoxsaylı pozuntular olub “National Interest”

ABŞ-ın “National Interest” nəşri Gürcüstanda keçirilmiş prezident seçkiləri ilə bağlı məqalə hazırlayıb. SİA “Qruziya Online” saytına istinadən xəbər verir ki, Amerika nəşrinə görə, demokratiya quruluşu məsələsində Gürcüstan tərəqqi əldə edib, lakin prezident seçkilərinin sonuncu turu ölkədə çoxsaylı pozuntularla yadda qalıb.

Məqalədə hesabatlar xatırlanır və beynəlxalq müşahidəçilərin fikirlərinə istinad edilərək bildirilir ki, seçkilər dövrü administrativ resurslardan məqsədli şəkildə istifadə olunub, o cümlədən, vətəndaş cəmiyyətinə məxsus təşkilatlara hücumlar baş verib, habelə digər pozuntular törədilib.

“Keçmiş xarici işlər naziri Salome Zurabişvili qələbə qazanıb”, deyə xatırladan Amerika saytı qeyd edib ki, o, müstəqil namizəd kimi qeydə alınsa da, faktiki, hakim “Gürcü arzusu” partiyasının və onun lideri Bdzina İvanişvilinin bayraqdarı olub.

Məqalə müəllifi prezident seçkilərindən fərqli olaraq, 2020-ci ildə ədalətli parlament seçkilərinin keçiriləcəyinə ümid etdiklərini yazıb və bu halda Gürcüstanın demokratiya çağırışlarına cavab verəcəyini vurğulayıb.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə