Politoloq: “Sarkisyan azacıq güzəştə getməyi hakimiyyətlə vidalaşmağa bərabər sayır”- MÜNASİBƏT
"Ermənistanın özündə çox ciddi problemlər var. Bu günə qədər onun ən böyük problemi öz müxalifəti, xalqı ilə idisə, hazırda onun vəziyyətini daha da gərginləşdirən digər element də əlavə olunub. Bu da ondan ibarətdir ki, bu gün Sarkisyan höküməti öz daxilində mərkəzdənqaçan qüvvələrlə üzləşib". Bu sözləri SİA-ya politoloq Elman Nəsirli açıqlamasında deyib. Bununla da düşmən ölkənin daxilində ciddi aponentlərin əmələ gəldiyini deyən politoloqun sözlərinə görə, həmin aponentlər vəzifədən uzaqlaşdırıldıqca müxalifətin sıraları genişlənir.
O vurğulayıb ki, bu da onun göstərir ki, bu gün Sarkisyan höküməti həm müxalifət, həm də öz iqtidar daxilində komanda üzvləri ilə ciddi konfliktədir. Ölkənin iqtisadi cəhətdən də ağır vəziyyətdə olduğunu dilə gətirən E. Nəsirli ölkəyə investisiya qoyulmadığını da qeyd edib. Politoloq deyib ki, 2010-ci ildə dövlət, rəsmi səviyyədə Ermənistana heç bir ölkənin prezidenti səfər etməyib: " Bu özü çox şeydən xəbər verir. Belə çıxır ki, Ermənistan yavaş- yavaş dünyanın maraq dairəsindən çox kənarda qalır. Belə reallıqlar kontekstində isə Azərbaycan möhkəmlənir. Hesab edirəm ki, son nəticələr ölkəmizin xeyrinə cərəyan edir. Bu vəziyyəti dərk edib Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində konstruktiv mövqe nümayiş etdirərsə, bu onun həm xeyri, həm də qazancı olar. Əksi olarsa, o zaman özü ilə uçurum arasında məsafəni lap azaldacaq".
Politoloq bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin bu qədər uzanmasına səbəb hakimiyyət etirazıdır: "Çünki Sarkisyan rejimi Dağlıq Qarabağ dalğasında hakimiyyətə gəlib. Belə vəziyyətdə onun üçün hakimiyyət o qədər qiymətlidir ki, azacıq güzəştə getməyi hakimiyyətlə vidalaşmağa bərabər sayır. İkincisi, Ermənistan dövləti artıq Rusiyanın bir subyekti, quberniyası kimi qeyd olunur və o addımlarını atarkən mütləq şimala baxır, ondan tövsiyə alır".
Azərbaycanla Rusiya arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində maksimum dərəcədə işlər görüldüyünü deyən E. Nəsirli bildirib ki, hazırda ölkəmizdə Rusiya Ermənistan münasibətlərinin neytrallaşdırması, dostluq statusundan uzaqlaşdırılması xətti həyata keçirilir.
"Nəzərə alsaq ki, dünyanı maraqlar idarə edir, o zaman elə bir günun gəlməsi istisna deyil ki, Rusiya üçün Ermənistanın faydalılıq əmsalı çox aşağı düşsün, aşağı olsun. Hətta onlar arasında dostluq münasibəti də kəsilə bilər. Ən azı bunun üzərində işlər gedir. Mənə elə gəlir ki, xüsusi ekstrimal vəziyyət olmazsa, işlər hazırki vəziyyətdə gedərsə, istisna deyil ki, Rusiya Ermənistanın onun üçün faydalılığını qiymətləndirsin, müsbət və mənfiləri müqayisə etsin və bu qənaətə gəlsin ki, Ermənistanı müdafiə etməyə yetər deməyin vaxtıdır. Qeyd edim ki, artıq onun ilk simptomları var. 2011-ci ilin aprel ayından başlayaraq Rusiya Ermənistana satacağı qazı dünya qiymətlərinə satmaq niyyətindədir. Halbuki indiyə qədər bu baş verməmişdi",- deyə politoloq əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB