Vaşinqtonun Venesuela parlamentinin sədri Xuan Qaidonu ölkənin "müvəqqəti prezidenti" kimi tanımasından sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan venesuelalı həmkarı Nikolas Maduroya dəstək verib. SİA "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın Twitter-də açıqlayıb.
"Prezidentimiz Venesuelanın başçısı ilə əlaqə saxladı və dedi: "Qardaşım Maduro! Dik dur, biz səninləyik!", Kalın yazıb.
Sözcü bildirib ki, Türkiyə və onun prezidenti dövlət çevrilişi ilə hakimiyyəti zorla ələ keçirmək cəhdinə qarşı çıxmaqla bağlı prinsipial mövqe nümayiş etdirməyə davam edəcəklər.
Kalının açıqlaması #WeAreMADURO həşteqi ilə bitib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB