Azərbaycan-Böyük Britaniya əməkdaşlığı çərçivəsində hər iki ölkənin hərbiçiləri Çexiya Respublikasında yerləşən xüsusi hərbi bazada xüsusi sülhməramlı təlimlər keçəcəklər. SİA-nın məlumatına görə, bazada təkcə əlbəyaxa döyüşlər və atıcılıq təcrübəsi qazanmaq üçün təlim avadanlıqları deyil, həmçinin əsgərlər üçün təhsil proqramı keçmək üçün xüsusi siniflər də var.
Birgə təlimlər yanvarın 10-da başlayacaq. Azərbaycandan olan hərbiçilər buna qədər xarici dil hazırlıq kursları keçməlidirlər ki, növbəti çoxmillətli hərbi əməliyyatlarda aktiv iştirak edə bilsinlər.
Bundan başqa Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlıq proqramına əsasən yanvarın 11-dən xüsusi ingilis dili kurslarına start veriləcək. Hazırlıqların yekununa dair danışıqlar yanvarın 12-də Brüsseldə baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB