Vaşadze Azərbaycanda Gürcüstan-Azərbaycan əməkdaşlıq planlarını müzakirə edəcək
Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze 17-19 yanvar tarixlərində Bakıya səfər edəcək. SİA-nın Gürcüstan XİN-inə istinadən verdiyi məlumata görə, səfər çərçivəsində gürcü nazir azərbaycanlı həmkarı Elmar Məmmədyarov və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşəcək.
"Ənənəvi olaraq o ilk olaraq azərbaycanlı həmkarı, daha sonra isə ölkə prezidenti ilə görüşəcək. Bizim müzakirə üçün, o cümlədən iqtisadi sahədə vacib layihələrimiz var. Bizi bu ölkə ilə xüsusi sıx əlaqələr bağlayır, məhz bu səbəbdən də ilk səfər Azərbaycana reallaşacaq",- deyə Gürcüstanın xarici işlər nazirinin müavini Nino Kalandadze bildirib.
Qeyd edək ki, Azərbaycan Gürcüstanın əsas ticari-iqtisadi tərəfdaşlarından hesab olunur.
Qeyd edək ki, Azərbaycan Gürcüstanın əsas ticari-iqtisadi tərəfdaşlarından hesab olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB