ADU-da dünya hindistanlıları gününə həsr olunmuş tədbir keçiriləcək
Yanvarın 11-də Azərbaycan Dillər Universitetində (ADU) 10 yanvar dünya hindistanlıları gününə həsr olunmuş tədbir keçiriləcəkdir. ADU-nun İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Debnat Şou da iştirak edəcək.
Səfir ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidovla görüşündən sonra ADU-nun İnformasiya Resurs Kompleksinin (İRK) Amerika mərkəzində Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin təşkil etdiyi hind mədəniyyətinə həsr olunmuş tədbirə qatılacaq.
Qısa film nümayişindən sonra ADU-nun tələbələrinin ifasında hind dilində mahnılar səslənəcək, rəqslər ifa olunacaq.
Sonda tədbir iştirakçıları hind mətbəxi ilə tanış olmaq imkanı da qazanacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB