Putin Ərdoğanla növbəti Suriya zirvə görüşünün tarixini razılaşdırıb

Putin Ərdoğanla növbəti Suriya zirvə görüşünün tarixini razılaşdırıb

Rusiya-Türkiyə-İranın Suriya ilə bağlı növbəti zirvə görüşü yaxın zamanda Rusiyada keçiriləcək. SİA-nın "TASS" a istinadən verdiyi xəbərə görə, Rusiya və Türkiyə liderləri Vladimir Putin ilə Rəcəb Tayyib Ərdoğan görüşlə bağlı tarixi dəqiqləşdiriblər.

"Biz Türkiyə prezidenti ilə yaxından işləyir, müntəzəm olaraq görüşürük. Görüşlər mübaliğəsiz məhsuldar və effektiv şəkildə keçirilir. Bu praktiki işlərdə yaxşı nəticələr verir. Onlar arasında ən faydalısı Suriya ilə bağlı məsələlərə həsr olunan Rusiya-Türkiyə və İran zirvə görüşü, Astana prosesidir", - deyə Rusiya prezidenti türkiyəli həmkarı ilə görüşün nəticələri haqqında məlumat verərkən deyib.

"Biz yaxın gələcəkdə Rusiyada belə bir sammitin keçirilməsi barədə razılığa gəldik. Cənab prezidentlə görüşün yeri və təxmini tarixi barədə razılığa gəldik. İranlı tərəfdaşımızla bunu razılaşdırmağımız lazımdır", - deyə Putin qeyd edib.

Rusiya prezidentinin sözlərinə görə, həmkarı ilə görüşdə Suriyadakı siyasi proseslərin perspektivləri ətraflı müzakirə ediblər: "Rusiya və Türkiyə Suriyadakı böhranının siyasi və diplomatik əsasda uzun müddətli həllinə nail olmaq üçün dəqiq bir prinsipial mövqe tutur. Qəbul olunan qərar BMT Təhlükəsizlik Şurasının qərarına ölkənin birliyinə, suverenliyinə və ərazi bütövlüyünə uyğun gəlməlidir. Astana formatında müzakirə olunan məsələlər məhz bu əsasda nəzərdə keçirilir. Hazırda bu format Suriyadakı münaqişənin həlli üçün ən təsirli mexanizm olaraq qalır".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə