Almaniya DİN: “Britaniyaya məxsus sənədlər ləğv ediləcək” Brexsit problemi

Almaniya DİN: “Britaniyaya məxsus sənədlər ləğv ediləcək” Brexsit problemi

Almaniyanın daxili işlər nazirliyi Böyük Britaniyanın Avropa İttifaqından nəzarətsiz çıxışından (Brexsit) narahatdır və bunu Aİ-nin təhlükəsizliyi baxımından ciddi fəsadlara yol açacağından ehtiyat edir. SİA xəbər verir ki, bu barədə ölkənin Zeit nəşri nazirliyin konfedensial sənədinə istinadən yazır.

Qeyd olunur ki, əgər Birləşmiş Krallıq Aİ-dən razılaşdırılmamış şəkildə çıxarsa, artıq bu ölkə 30 mart tarixindən etibarən Avropanın təhlükəsizlik sistemindən uzaqlaşdırılacaq. “Hər halda, müvafiq bazalarda yerləşdirilmiş Britaniyaya məxsus sənədlər ləğv ediləcək”, deyə bildirilir. Söhbət Avropa polis agentliyi sistemi (Avropol), EIS və EAS-dan, Şenqen əhatəsinin informasiya bazası SIS II, eləcə də qaçqınların identifikasiya sistemi EURODAC və aviasərnişinlərin informasiya mübadiləsi PNR-dən gedir. Almaniya DİN-dən xatırladırlar ki, Böyük Britaniya bundan sonra avropalıların həbs orderlərini diqqətə almayacaq.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə