ABŞ prezidenti Donald Trampın Ermənistan Respublikasının baş naziri təyin edilməsi münasibətilə Nikol Paşinyana göndərdiyi məktub təbrik məktubu yox, sətraltı ehyamlarla dolu mesajdır. ABŞ prezidentinin göndərdiyi formal xarakterli, protokol təbrik məktubunda kifayət qədər kinayə, eyni zamanda olduqca təhlükəli ismarıc ehtiva olunur.
ABŞ prezidenti öz təbrik məktubinda baş naziri, eləcə də bütövlükdə bütün Ermənistanı əməlli-başlı lağa qoyur
Birləşmiş Ştatlar prezidenti öz məktubunda, ABŞ demokratik və qonşularilə dinc yanaşı yaşayan Ermənistana yardım edir, yazmaqla erməni baş nazirinə əslində ehyam vurur. Təbii ki, Tramp Ermənistanın qonşularla hansı şəraitdə, yəni müharibə və münaqişə şəraitində yaşadığını təfərrüatı ilə bilir. Bilir ki, Ermənistan qonşu dövlət kimi Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən, terrorçuluğu və separatçılığı yayan bir ölkədir. İndi demokratiyadan, çox boyük dünyəvi dəyərlərdən dəm vuran Nikola öz məktubunda belə bir işğalçı ölkəni demokratik, sülhsevər kimi qələmə verməsi, yaxud təsvir etməsi də Trampın ehyamıdır və Ermənistanı lağ hədəfinə çevirməsindən başqa bir şey deyil.
Digər tərəfdən Birləşmiş Ştatlar prezidenti öz məktubunda çiçəklənən Ermənistan ifadəsindən istifadə edir və bu ifadə də özü-özlüyündə Paşinyanı ələ salmaq kimi səslənir. Çünki, az qala əsrin üçdə biri qədər bir zaman fasiləsində müharibə şəraitində yaşayan və bu müddət ərzində heç bir iqtisadi layihəyə imza atmayan, iqtisadiyyatı tənəzzülə uğrayan, səfalət içində inləyən ölkəni öz məktubunda çiçəklənən kimi təsvir etmək yalnız ironiya təəssüratı bağışlaya bilər. Donald Tramp iqtisadi cəhətdən sürünən, səfalət içində olan belə bir ölkəyə “çiçəklənən” deyirsə, deməli, baş naziri, eləcə də bütövlükdə bütün Ermənistanı əməlli-başlı lağa qoyur.
Əslində, başda Paşinyan olmaqla ermənilərin özləri də bilirlər ki, Ermənistan qonşularla dinc yanaşı yaşamır, çiçəklənmir, əksinə, münaqişə şəraitində və səfalət içində boğulur. Eyni zamanda bu işğalçı dövlət bölgədə marginallaşmış bir vəziyyətdə, bütün layihələrdən kənarda, bir sözlə küncə qısılmış bir halda qalıb. İşğalçılıq siyasəti yürüdənlər, terrorçuluq, separatçılıqla məşğul olanlar özləri bunu hamıdan yaxşı bilirlər ki, Trampın bu sözlərinin onların yürütdüyü siyasətlə, ümumilikdə onların özləri ilə heç bir əlaqəsi, aidiyyatı yoxdur. Belə olan halda hər biri çox gözəl başa düşür ki, əslində təbrik məktubundakı sözlərlə ABŞ prezidenti erməni baş nazirini dolayır.
Trampın məktubunda kinayə ilə yanaşı olduqca kəskin və tələbedici ismarıclar da var
Birləşmiş Ştatlar prezidenti Ermənistanın baş nazirinə ünvanladığı məktubunda kinayə və lağ etməklə də kifayətlənmir. Analitiklər hesab edirlər ki, Trampın məktubunda olduqca kəskin və tələbedici, təhlükəli ismarıclar da var. Bu ismarıclar Paşinyana nə etmək və necə etmək lazım olduğu barədə tələb kimi görünür. Daha doğrusu, ABŞ prezidenti öz məktubunda münaqişə ilə bağlı Ermənistana bundan sonra necə etmək tələbi qoyur.
Özünün Paşinyana ünvanladığı məktubunda, biz ölkələrimiz arasında ticari-iqtisadi bağların dərinləşməsində irəliləyiş edə bilərik və Qarabağ münaqişəsinin dinc həlli bu səylərə şərait yaradır, yazan Tramp erməni baş nazirinə həm ehyam vurur, həm də göstəriş verir. Əslində, ABŞ prezidentinin Paşinyana ünvanladığı məktub baş nazir olması münasibətilə təbrik deyil, tələbdir. Yəni artıq bu tələb bir nümayişçi deyil, baş nazir postunda yerini möhkəmləndirən biri qarşısında qoyulan tələbdir. Özü də onun bu postu ələ keçirməsində ssenari müəllifi, vasitəçi və yardımçı olan tərəfindən qoyulan tələb. Qarabağ münaqişəsinin dinc həlli ölkələrimiz arasında ticari-iqtisadi bağların dərinləşməsi, irəliləyişi üçün səylərə şərait yaradır, o deməkdir ki, Nikol Paşinyan Ermənistanla ABŞ arasında əlaqələrə yalnız sözügedən münaqişənin dinc həlli ümid edə bilər. Başqa sözlə, Tramp demək istəyir ki, Paşinyan əgər ABŞ-Ermənistan əlaqələrini arzulayırsa yalnız münaqişəni dinc yolla həll etməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB