Almaniyanın müdafiə naziri Ursula fon der Lyayen hesab edir ki, Rusiya zəifliyə hörmət bəsləmir. SİA xəbər verir ki, almaniyalı nazirin Davos beynəlxalq forumundakı çıxışını TASS agentliyi yayıb. “Avropa İttifaqı Moskvaya münasibətdə daha dayanıqlı mövqe qurmalıdır”, deyən Ursula fon der Lyayen Rusiyanın onların zəifliyindən yararlandığını da iddia edib: “Rusiya zəifliyə hörmət bəsləmir. Bizim marağımız Rusiyanı qaydalar çərçivəsində oyun qurmağa inandırmaqdır”.
Almaniyanın müdafiə naziri vurğulayıb ki, Aİ daim onu izləyən qonşuluq problemlərinin həll olunması yollarını axtarıb-tapmalı, yoluna qoymalıdır.
Müəllif: Rövşən
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB