SAMF “Diyarşünaslıq muzeyləri və erməni vandalizmi” mövzusunda dəyirmi masa keçirəcək

SAMF “Diyarşünaslıq muzeyləri və erməni vandalizmi” mövzusunda dəyirmi masa keçirəcək

Söz Azadlığını Müdafiə Fondu (SAMF) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Dağlıq Qarabağ münaqişəsi nəticəsində zərər çəkən rayonların diyarşünaslıq muzeylərinin virtual pilot şəbəkəsinin yaradılması" layihəsini başa vurub. SAMF-dan SİA-ya verilən xəbərə görə, üç ay ərzində layihə çərçivəsində işğal altında olan tarix-diyarşünaslıq muzeyləri barəsində geniş informasiya bazası yaradılmış, 300-dən artıq eksponatın surətləri çıxarılmış, o cümlədən muzeylərin hazırkı fəaliyyəti ilə bağlı çoxsaylı görüşlər keçirilib.

Bununla yanaşı, toplanılmış materiallar əsasında www.diyarshunasliq.az informasiya portalı istifadəyə verilib.

Layihənin yekun təqdimatı "Diyarşünaslıq muzeyləri və erməni vandalizmi" mövzusunda keçiriləcək dəyirmi masada ictimai müzakirəyə çıxarılacaq. Dəyirmi masanın yanvar ayının 14-də saat 12-00 "Kaspian plaza" Biznes Mərkəzinin konfrans zalında keçirilməsi qərara alınıb. İşğal altında olan rayonların mədəniyyət şöbələrinin və muzey rəhbərlərinin iştirakı ilə keçiriləcək tədbirdə dövlət rəsmiləri, muzey rəhbərləri, QHT və KİV təmsilçiləri iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə