"Qafqaz regionunda sülhü bərqərar etmək üçün Azərbaycan-Ermənistan münasibətləri normal olmalıdır". SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Qars vilayətində "Sarıkamış şəhidləri"nin xatirəsinə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib. O, bildirib ki, rəsmi Ankara yalnız sülhün tərəfdarıdır.
Əhməd Davudoğlu vurğulayıb ki, Ermənistan bu məsələdə öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir: "Biz Türkiyə olaraq həmişə sülhün tərəfdarı olmuşuq. Hamı anlamalıdır ki, bu tək tərəfli mümkün deyil. Ermənistan da üstünə düşən məsuliyyətləri yerinə yetirməlidir. Qafqazda sülhü bərqərar etməliyik. Türkiyə ilə Ermənistan arasındakı münasibətlər normallaşmalıdır. Qafqazda isə sülhün bərqərar olması üçün Azərbaycanla Ermənistan arasındakı münasibətlər də normallaşmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB