Azərbaycan 250 milyard dollar sərmayə cəlb edib - 15 ildə

Azərbaycan 250 milyard dollar sərmayə cəlb edib - 15 ildə

Son 15 ildə Azərbaycan 250 milyard dollar həcmində sərmayə cəlb edib. SİA xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Çinin CGTN televiziyasına müsahibəsində səsləndirib.

Dövlətimizin başçısı deyib: "Son illərdə biz əsasən infrastruktura sərmayə yatırmışıq. Biz çoxlu sərmayə cəlb etdik, son 15 ildə təqribən 250 milyard dollar həcmində. Dünya Bankının "Doing Business" reytinqində biz 25-ci yerdəyik. Buna görə düşünürəm ki, neft-qaz sektorundan başqa digər sektorlara sərmayə yatırmaq üçün investorları cəlb etmək çətin olmayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə