ABŞ-ın nümayəndələr palatası Donald Trampın NATO-dan çıxmaq məqsədlərini qabaqlayan və qadağa edən qanun layihəsi qəbul edib. SİA xəbər verir ki, bu barədə news.ru yazır. Sənədə, nümayəndələr palatasının demək olar ki, bütün üzvləri səs verib – 357 konqresmen lehinə, 22 nəfər isə əleyhinə.
Qeyd olunur ki, qanun layihəsi ABŞ-ın Şimal Alyansından çıxması üçün nəzərdə tutulmuş maliyyəni bloklaşdırır. Lakin buna baxmayaraq, Tramp, formal olaraq, ölkəsinin NATO-dan çıxması üçün qərar verə bilər. Bundan əlavə, Konqres Avropanın Rusiya tərəfindən gələ biləcək təhlükəyə qarşı maliyyələşməsinin qarşısının alınması təşəbbüsünü də dəstəkləyib.
“Tramp dəfələrlə NATO-nu tənqid hədəfinə çevirən çıxışlar edərək, bu hərbi alyansın çoxdan öz nüfuzunu itirdiyini, keçmişdə qaldığını deyib. O, həmçinin, müttəfiqlərindən müdafiə xərclərini qaytarması tələbini də edib. Eyni zamanda, amerikalı siyasi lider həmin fikirlərini işlədərkən, NATO-dan çıxmaq məqsədi barədə heç nə deməyib”, nəşr yazır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB