Dünyanın ən böyük sosial şəbəkəsi olan Facebook martın 15-də rəsmi olaraq fəaliyyətini dayandıracaq. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bunu saytın yaradıcısı Mark Sukerberq keçirdiyi mətbuat konfransında deyib. O, qeyd edib ki, artıq şəbəkənin idarə edilməsi çətinləşib: " "Facebook"un mənim həyatımı alt-üst edib. Bütün bu işlərə son qoymaq istəyirəm. Bu qərar nə qədər kədərli olsa da, heç kim təəsüfflənməyəcək. Bu, yaxşılığa doğru atılan bir addımdır, insanlar real həyata üz tutub orda dost axtarışı davam etdirsələr daha yaxşı olar. Gərgin iş rejimi və stressdən azad olmaq istəyirəm. Mən heç vaxt pul düşkünü olmamışam, sadəcə olaraq köhnə həyatımı geri qaytarmaq istəyirəm".
Şəbəkənin texniki məsələlər üzrə direktoru Avrat Humarti bildirib ki, martın 15-i sayt tamamilə bağlanacaq. O, qeyd edib ki, şəbəkədə yerləşən şəkillər isə yalnız internet vasitəsi ilə geri götürülə biləcək. Şirkət bütün istifadəçilərə martın 15-nə kimi şəxsi məlumatları silmələrini məsləhət görüb. Bu tarixdən sonra bütüm foto,video,qeydlər və linklər tədricən silinəcək.
Qeyd edək ki şəbəkə 2004-cü ilin fevralın 4-ü Mark Ssukerberq tərəfindən yaradılıb. Şəbəkənin illik gəliri 700 milyon $ həcmindədir. İstifadəçi sayına görə 540.000.000 olan şəbəkənin Azərbaycan üzrə isə istifadəçi sayı isə 300.000-ə yaxındır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB