“Egey dәnizinin bir dostluq vә sülh dәnizi olması üçün sәy göstәririk"
Yorgo Papandreunun, Türkiyәnin Әrzurum şәhәrinә etdiyi sәfәr Yunanıstan mediasında geniş şәkildә әks edilib. SİA-nın "TRT"-yə istinadən verdiyi xəbərə görə Yunan mәtbuatı, Әrzurumda bir araya gәlәn Әrdoğan ilә Papandreu-nun bütün maneәlәrә baxmayaraq iki ölkә arasındakı yaxınlaşmanın davam etmәsi üçün sәy göstərdiyini yazıb.
Qәzetlәrin ilk səhifәlәrində yazılan xәbәrlәrdә bildirilir ki, Türkiyә ilә Yunanıstan arasındakı әlaqәlәrin müzakirә olunduğu görüşlәrdә, Papandreu Türkiyәnin Egeydәki siyasәtindәn narahatçılığını dilә gәtirib.
"Etnos" qәzetindә, Papandreu ilә Әrdoğan hәr şeyi danışdı: başlıqlı mәqalәdә yazilib: Türkiyә vә Yunanıstan baş nazirlәrinin üç saat çәkәn görüşündә iki ölkә arasındakı әlaqәlәr, qanuni mühacir mәsәlәsi dә daxil olmaqla hərtərəfli müzakirә olunub.
Baş nazir Rәcәb Tayyıb Әrdoğanın "Egey dәnizinin bir dostluq vә sülh dәnizi olması üçün sәy göstәririk dediyi görüşdә Papandreu da, Türkiyәnin Avropa İttifaqıına üzvlük mövzusu ilә Türk tәyyarәlәrinin adaların üzәrindәn uçuşları vә qaçaq mühacir mәsәlәsini gündәmә gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB