Sudan prezidenti Ömər Əl Bəşir bazar günü keçiriləcək referendumda ayrılıq qərarı çıxarsa, ölkənin cənubu ilə Avropa Birliyi formatında bir ortaqlıq qura biləcəklərini deyib.
SİA-nın xəbərinə görə, Ömər Əl Bəşir ərəb televiziya kanalı "Əl Cəzirə"yə verdiyi açıqlamada sabah keçiriləcək referendumu dəyərləndirib.
Bəşir cənubun ayrılıq qərarı qəbul edəcəyi təqdirdə Avropa Birliyinə bənzər ittifaqla güclərini birləşdirə biləcəklərini söyləyib. Sudan prezidenti ölkə ayrılacağı təqdirdə cənubluların şimalda yaşayıb işləyə biləcəklərini, ancaq ikili vətəndaşlıq haqqı verilməyəcəyini vurğulayıb.
Ömər Əl Bəşirin bu açıqlamaları referendumdan ayrılıq qərarı çıxmasının gözlənilən olduğu şəklində dəyərləndirilib.
Qeyd edək ki, ABŞ Sudanın cənubunun müstəqilliyini dəstəkləyir
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB