ABŞ Konqresinin demokrat nümayəndəsi Ganriella Giffordsa Arizona ştatında atəş açılıb. SİA-nın voanews.com-a istinadən verdiyi məlumata görə, başından güllə yarası alan Giffords Tucson şəhərinin supermaketində təşkil edilən mərasim zamanı güllələnən bir neçə nəfərdən biri olub. Digərlərinin kimliyi barədə məlumat verilmir. 12 adamın yaralandığı bildirirlir.
İlkin məlumatlarda Konqres nümayəndəsinin həlak olduğu bildirilmişdi. Lakin xəstəxana rəsmiləri onun cərahhiyə əməliyyatına alındığını elan ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB