Davudoğludan Papandreuya cavab

Dünən Ərzurumda Səfirlər Konfransının yekununda çıxış edən Yunanıstanın baş naziri Yorqo Papandreu Türkiyəni işğalçı adlandırıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Papandreu "Türkiyənin Kıbrısdakı işğalı davam etdiyi müddətcə Avropa Birliyinə üzvlük problemi olar" deyib.

Papandreunun açıqlamasına münasibət bildirən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bunların Yunanıstanın bilinən fikirləri olduğunu deyib. Davudoğlu Türkiyənin sülh məsələsində səmimiyyətini göstərdiyini deyib və qeyd edib ki, sülh istəyənlər də bu qərarlılıq içərisində olmalıdırlar: "Qonşu ölkələr arasında hər zaman ixtilaflar ola bilər. Biz qonşu ölkələrlə əlaqələri hər zaman ən yüksək səviyyəyə çıxarmaqda və bu ixtilafların həllində qərarlıyıq. Təbii ki, bəzi ifadələr səsləndirilməyə bilərdi. Ancaq açıqca söylənməsi də bir baxımdan fayda gətirə bilər".

Davudoğlu Türkiyənin mövqeyinin konkret olduğunu deyib:"2004-cü il tarixi (Kıbrısda referendum) unudulmamalıdır. Türkiyə sülh istədiyini ortaya qoymuşdu. Kıbrıs probleminin həllində istəyimizi ortaya qoyduq, ancaq sülh üçün tərəfdaş tapılmadı. Bu, bir səmimiyyət testidir. Biz bu səmimiyyəti göstərdik. Sülh istəyənlər qərarlı olmalıdırlar. Türkiyə və Quzey Kıbrısı kimsə sonu gəlməz müzakirələrlə təzyiq altında saxlaya bilməz"

Bütün xəbərlər Facebook səhifəmizdə