Beynəlxalq Diaspor Mərkəzi Türkiyənin Van şəhərindən Ermənistana təyyarə reysinin açılmasına etiraz edir
Türkiyənin Van vilayəti ilə Ermənistan arasında çarter reyslərinin açılacağı haqda məlumat mediada yer alandan sonra bu olaya həm Türkiyədə, həm də Azərbaycanda sərt reaksiya verildi. Sərhədlərini Ermənistanın üzünə bağlayan qardaş ölkədə sən demə fərqli düşünənlər, xəyanət yolunu tutanlar da var imiş. SİA-ya Beynəlxalq Diaspor Mərkəzindən (BDM) daxil olan etiraz məktubunda da məsələ ilə bağlı tutarlı faktlar yer alıb. "dunyagazetesi.com.tr" saytının verdiyi xəbərə istinadən Ermənistanla Türkiyənin Van vilayəti arasında çarter reyslərinin açılacağının bildirilməsi Beynəlxalq Diaspor Mərkəzini hiddətləndirib: "Erməni fitnəkarları və onlara dəstək verən bəzi ermənipərəst iş adamları zaman-zaman Türkiyə və Ermənistan arasında dialoqları və münasibətləri rəhbər tutaraq Azərbaycanla Türkiyəni qarşı-qarşıya gətirib münasibətləri gərginləşdirmək istəyirlər. Belə addımlardan biri də İğdir Universitetinin rektorunun universitetin nəzdində erməni dili və ədəbiyyatı fakültəsinin açılmasını istəməsi olub. BDM olaraq biz bu fikrə sərt münasibətimizi istər Azərbaycan istərsə də Türkiyə mətbuatına bildirmişik.
Belə ki, sentyabrın 19-da 3 mindən çox erməni dünyanın müxtəlif yerlərindən Van gölündəki Akdamar adasında yerləşən kilsədə ibadət etməyə gəldikləri vaxt Van Ticarət və Sənaye Palatasının sədri Zahir Kandaşoğlu deyib ki, Vana gələcək erməni qrupunda böyük iş adamları da var. Bunlardan ikisi turizm, biri isə sənaye sahəsində böyük sərmayələri olan ermənilərdir. Onun sözlərinə görə, kilsəni ziyarətdən sonra ABŞ-da böyük iş adamı olan erməni və türk iş adamları ortaq şəkildə bir aviaşirkət qurmaq üçün fəaliyyətə başlayacaq: "100 milyon dollarlıq bu layihəni ABŞ-da olan bir maliyyə qurumu maliyyələşdirəcək. İlkin mərhələdə 2 təyyarə alacağıq və İrəvan və Van arasında iki təyyarə ilə çarter reysləri həyata keçiriləcək".
Həmçinin "Anadolu" agentliyinin verdiyi məlumata görə, "Van Way Airlines" şirkətini sahibi vanlı biznesmen Aslan Bayram ilk uçuşun yanvarın 15-də olacağını bildirərək deyib ki, Türkiyənin Qaziantep, Trabzon, Ankara şəhərlərinə, o cümlədən İranın bir sıra şəhərlərinə uçuşlar həyata keçirməyi planlaşdırıblar: "Ermənistanın paytaxtı İrəvana da uçuş həyata keçirilməsi nəzərdə tutulub".
Bütün bunlar onu göstərir ki, ermənilər Türkiyəyə qarşı irəli sürdükləri torpaq iddiasını möhkəmlətmək üçün ortaya atdıqları yeni bir oyundur.
Türkiyənin Prezidenti cənab Abdullah Gül, baş nazir Rəcəb Tayyip Ərdoğan dönə-dönə bildiriblər ki, Dağlıq Qarabağ işğaldan azad olmayana qədər sərhədlərin açılmasından söz gedə bilməz.
Beynəlxalq Diaspor Mərkəzi (BDM) olaraq bütün Türkiyə rəhbərliyinə, Türkiyə xalqına, ziyalılara, vətənpərvər insanlara üz tutaraq bir daha bildiririk ki, ermənilər Qərbi Azərbaycan torpaqlarını Ermənistanın tarixi paytaxtı saydıqları, Ağrı dağını öz simvolları siyahısına saldıqları və soyqırım iddiasından əl çəkmədikləri bir vaxtda hansı quru və hava nəqliyyatının açılmasından söz gedə bilər?
Bir daha Türkiyə xalqına və Qeyri Hökmət təşkilatlarına bu məsələyə laqeyd qalmamalarını, iki qardaş ölkənin münasibətinə xələl gətirəcək hər hansı bir addımın atılmasına imkan verməməyinizi xahiş edirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB