"Azərbaycan Zimbabveyə sərmayə qoymaq barədə düşünə bilər" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan Zimbabveyə sərmayə qoymaq barədə düşünə bilər" ÖZƏL-MÜNASİBƏT

“Zimbabvenin prezidenti Emmerson Mnanqaqvanın ölkəmizə səfəri çox maraqlı vəziyyət yaradıb. Qənaətmə görə Zimbabve prezidenti Azərbaycana iqtisadi və ticarət anlaşması qurmaq üçün müraciət edib. Zimbabve prezidenti Emmerson Mnaqaqva 2017-ci ildə diktator Muqabedən hakimiyyəti alarkən ölkəsi artıq tam iflas vəziyyətində idi. Ölkədə işsizliyin səviyyəsi 90 faizi keçirdi. 37 illik tayfa hakimiyyəti Zimbabveni aclıq və səfalət ölkəsinə çevirmişdi. 2017-ci ildə başlayan etirazlar Muqabbenin hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələndi”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Politoloqun sözlərinə görə, Mnaqaqva prezident seçildikdən sonra ölkədə ciddi dəyişikliklər baş verməyib: “Hazırda Zimbabvedə etirazlar davam edir. Ölkənin bir sıra böyük şəhərlərində silahlı toqquşmalar baş verib. Mnaqaqva çıxış yolunu Rusiya və keçmiş sovet respublikalarından yardım almaqda görür. Bakıya səfərindən öncə Rusiyaya səfər edən Zimbabve prezidenti Putindən borc istəsə də onun arzusu reallaşmayıb.

Putin Rusiyanın indiki vəziyyətində kiməsə borc vermək iqtidarında deyil. Hətta Rusiya kritik vəziyyətə düşən slavyan qardaşı Lukaşenkonun borc istəyini geri çevirmişdi. O zaman Azərbaycan doğru qərar verərək Belarusu darda qoymamışdı. Hesab edirəm ki, Azərbaycan Zimbabvenin enerji və neft sektoruna sərmayə qoymaq barədə düşünə bilər. Bundan başqa Zimbabvenin dağ mədən sənayesi ağır vəziyyətdədir. Almaz istehsalı demək olar ki, dayandırılıb. Azərbaycan isə bu sahədə kifayət qədər təcrübə toplamış ölkədir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə