Təhsil Nazirliyinin xətti ilə Göygöl rayonunda məskunlaşan məcburi köçkün ailələrinə bayram sovqatı verilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, əsasən ərzaq məhsullarından ibarət olan sovqatlar Kəlbəcər rayon İcra Hakimiyyəti və Təhsil Nazirliyinin rəsmiləri tərəfindən paylanılıb.
Yeni il hədiyyələri 1500 məcburi köçkün ailəsi üçün nəzərdə tutulub. Bildirək ki, hazırda Göygöl rayonunda 1300-ə yaxın, Murovdağ qəsəbəsində isə Kəlbəcərdən olan 1100 məcburi köçkün ailəsi yaşayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB