Ömürlük həbs cəzasına məhkum olan iki bacı azadlığa buraxılıb

Ömürlük həbs cəzasına məhkum olan iki bacı azadlığa buraxılıb
Ömürlük həbs cəzası çəkən iki bacı müvəqqəti olaraq azadlığa buraxılıb. Lakin onlar azadlığa deyil, həkimlərin öhdəsinə buraxılıblar. SİA-nın məlumatına görə, bu hadisə ABŞ-ın Missisipi ştatında baş verib. Belə ki, məhkəmə əmri ilə bacılardan biri öz böyrəyini digərinə verməlidir.

Qərarı ştatın qubernatoru Xayli Barbur şəxsən imzalayıb. Burada məqsəd sağlamlıq qayğısına qalmaq deyil iqtisadi maraqlardır. Belə ki, Missisipi hakimiyyəti hesablayıb ki, bacılardan birinin bir illik müalicəsi büdcənin böyük hissəsini -təxminən 200 min dollar təşkil edir. Ona görə də böyrəklərin transplantasiyası ağlabatan qərar kimi qəbul edilib.

Qeyd edək ki, artıq bacılar 16 ildir ki, məhkumluq həyatı yaşayırlar. Onlar hələ ömürlərinin sonuna qədər məhkum həyatı yaşamalıdırlar. Bacılar haqqında qəbul edilən qərar dəyişdirilməyib, sadəcə dayandırılıb. Hazırda bacılar müvəqqəti də olsa azadlıqda olmaq imkanı qazanıblar.
Xatırladaq ki, əməliyyatdan sonra ştatın büdcəsi artıq xərclərdən azad olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə