Ötən il toksikoloji zəhərlənmələr nəticəsində 12 nəfər dünyasını dəyişib

Ötən il toksikoloji zəhərlənmələr nəticəsində 12 nəfər dünyasını dəyişib
Ötən il ərzində toksikoloji zəhərlənmə halları ilə bağlı müraciətlər artıb, amma ölüm hadisələri azalıb. Bu barədə SİA-ya açıqlamasında Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib. O ayrı-ayrı nazalogiyalar üzrə, ilan zəhəri, dəm qazından zəhərlənmələrin ötən illə müqayisədə artdığını bildirib. Onun sözlərinə görə, ilan zəhərindən zəhərlənmələr 15%, dəm qazında zəhərlənmələr 20%, dərman zəhərlənmələri isə 10% çoxalıb.

"Digər sahələr üzrə zəhərlənmələr isə demək olar ki, eyni səviyyədədir. Bəziləri hətta azalıb. Belə ki, allergik göstəricilər, arı sancmaları azalıb. Amma bəzi nazalogiyalar ümumi müraciətlərin sayı artsa da, qalanları eyni səviyyədədir", - deyə o əlavə edib.

A.Maqsudov qeyd edib ki, ötən il ərzində zəhərlənmələrdən ölənlərin sayı 12 nəfər olub. O vurğulayıb ki, 2009-cu ildə isə bu rəqəm 16 nəfər idi: "Demək ki, 2010-cu il zəhərlənmələrdən ölənlərin sayı azalıb. Zəhərlənmədən vəfat edən 12 nəfərdən 10-u sirkə turşularından, 1-i dəm qazından, 1-i isə dərman preparatlarından zəhərlənənlərdir".

Bütün xəbərlər Facebook səhifəmizdə