"Ermənistanın indiki rəhbərliyi quldurların yolu ilə gedir" ÖZƏL-MÜNASİBƏT

"Ermənistanın indiki rəhbərliyi quldurların yolu ilə gedir" ÖZƏL-MÜNASİBƏT

“Prezident İlham Əliyevin regionlara hər bir səfəri Azərbaycan zəhmətkeşlərinin, sakinlərinin, xüsusilə cəbhə bölgəsində olan sakinlərin qələbəyə, torpaqları geri qaytarmasına inamını artırır”. Bunu SİA-ya açıqlamasında politoloq Məhərrəm Zülfüqarlı deyib.

Politoloqun sözlərinə görə, bu gün Ermənistan hakimiyyəti gərgin vəziyyət içindədir: “Paşinyan hakimiyyətə gələndə çoxlu vədlər vermişdi, amma heç bir problemi həll edə bilmir. Daxili problemi həll edə bilməyən dövlət başçıları daxildəki ziddiyyətləri kənara ötürmək istəyirlər. Bu, tarixən belə olub. İndi Paşinyan rejimi də əvvəlki rəhbərliyin səhvlərini təkrar edə-edə, daxildəki sosial problemləri həll etmək əvəzinə, Azərbaycan tərəfinə məsuliyyətsiz bəyanatlar verir. Bu baxımdan, Azərbaycan rəhbərinin dediyi fikirlərlə tam şərikik ki, dövlət başçımız Ermənistana xəbərdarlıq edir. Azərbaycanın haqq işini artıq dünya dövlətlərinin əksəriyyəti tanıyır. Azərbaycan regionda lider dövlətdir. Bu baxımdan, münaqişənin beynəlxalq qanunlar çərçivəsində həllinin tərəfdarıyıq. Təbii ki, onu da bizim Prezidentimiz bəyan edib. Ermənistanın yeni hakimiyyəti köhnə rejimin səhvlərini təkrarlayarkən anlamalıdır ki, Azərbaycan Ordusu hər an torpaqlarını işğaldan azad etməyə qadirdir. Çox təəssüf ki, Ermənistanın bugünkü rəhbərliyi əvvəlki hakimiyyətin yolunu tutur, quldur dəstəsinin yolu ilə gedir, işğalçılıq siyasətindən əl çəkmək istəmir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə