Elmira Süleymanovanın “European Ombudsmen” jurnalında növbəti məqaləsi dərc edilib
Bu günlərdə ombudsman Elmira Süleymanovanın "Ekoloji hüquqların müdafiəsində Ombudsmanın rolu" adlı sayca səkkizinci məqaləsi Avropa Ombudsmanı tərəfindən nəşr olunan və yayımlanan "European Ombudsmen" jurnalında dərc edilib. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, Avropa Birliyi daxilində rəsmən istifadə edilən 20-dən çox dildə yayımlanan bu jurnal Avropa məkanında ən çox oxunan mətbu nümunələrdən biridir və insan hüquqları sahəsində yazılar dərc edir. Avropa Ombudsmanları onları bir araya gətirən bu jurnalın səhifələrində təmsil etdikləri ölkələrdə insan hüquqlarının müdafiəsi üzrə müsbət iş təcrübəsini, beynəlxalq əməkdaşlığı, ortaya çıxan bir sıra problemlərin səmərəli həlli yollarını şərh edən, işıqlandıran yazılarla çıxış edirlər.
Qeyd olunmalıdır ki, buna qədər həmin jurnalda E.Süleymanovanın imzası ilə ölkəmizdə insan hüquqları sahəsində atılan mühüm addımlar, o cümlədən Azərbaycan Ombudsman təsisatının fəaliyyəti haqqında geniş məlumat verən məqalələr çap olunaraq dünya oxucularına çatdırılıb. E.Süleymanovanın növbəti yazısında ölkə prezidentinin tövsiyəsi ilə ötən il respublikada qeyd olunan "Ekologiya ili", bununla bağlı keçirilən çoxsaylı tədbirlər, vətəndaşların ekoloji hüquqlarının müdafiəsi və təmini istiqamətində Azərbaycan Ombudsmanının gördüyü işlər barədə ətraflı məlumat verilib.
"European Ombudsmen" jurnalında dərc edilən adı çəkilən məqalədə Azərbaycan Ombudsmanının baş verən iqlim dəyişikliklərini, təbii fəlakətləri də nəzərə alaraq, ekoloji hüquqların səmərəli müdafiəsi və təmini, həmçinin müharibələr və hərbi münaqişələr zamanı zərər çəkən, mənəvi və psixoloji stresslərə məruz qalan insanların psixoloji reabilitasiyası, insan fəaliyyəti nəticəsində yaranan texnogen hadisələrin fəsadlarının aradan qaldırılması üçün preventiv tədbirlərin görülməsi, əhalinin ekoloji düşüncə tərzinin və mədəniyyətinin formalaşması, bu sahədə geniş hüquqi maarifləndirmə işi aparılması ilə bağlı təklif və tövsiyələri geniş yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB