Sudanda tarixi referendum yaxınlaşır

Sudanda tarixi referendum yaxınlaşır

Cənubi Sudanda bazar günü regionun müstəqilliyi üzərində tarixi referenduma bir neçə gün qalmış böyük həyəcan yaşanır. SİA-nın voanews.com-a istinadən verdiyi xəbərə görə, əgər referendumda seçicilər müstəqilliyə səs verərlərsə, Sudanın cənubunda müstəqil dövlət bərqərar olacaq.

Yüzlərlə sudanlı regional paytaxt Cubada mahnılar oxumuş, rəqs etmiş və cənubi Sudanın müstəqilliyini dəstəkləyən şüarlar səsləndiriblər. Səs vermək üçün Sudanın şimalından cənuba qayıtmış sabiq sakinlərin sayı ikiqat artaraq 120 000-ə çatıb. Bu səsvermə Sudanda müsəlman çoxluqla xristian cənub arasında gedən uzun müddətli vətəndaş müharibəsinə son qoyan 2005-ci il sülh razılığı imzalanarkən vəd olunub.

BMT Təhlükəsizlik Şurası cənubun müstəqilliyi üzərində keçiriləcək referendumun nəticələrinə hörmət edəcəklərini vəd etdiklərinə görə Sudanın şimal və cənub liderlərini alqışlayıb. Sabiq ABŞ prezidenti Cimmi Karter, sabiq BMT rəhbəri Kofi Annan və tanınmış Hollivud aktyoru Corc Kluni səsverməni müşahidə etmək üçün Sudandadırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə