"Ölkədə benzinin qiymətinin artması ilə bağlı xəbərlər əsassızdır"

"Ölkədə benzinin qiymətinin artması ilə bağlı xəbərlər əsassızdır"

Azərbaycanda benzinin qiymətinin artması ilə bağlı söz-söhbətlər yaranıb. SİA-nın xəbərinə görə, paytaxtda yanacaqdoldurma məntəqələrində benzinin qiymətinin artacağından ehtiyat edən avtomobil sahibləri benzin doldurmaq üçün növbələrdə dayanıblar. Gəzən şayiələrə görə, yanacağın qiyməti 1 manatadək artırılıb.

İqtisadi İnkişaf Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Abbas Əliyev bildirib ki, hazırda Tarif Şurasının gündəliyində enerji daşıyıcılarının qiymətinin qaldırılması məsələsi yoxdur. Benzinin qiymətinin qalxması barədə şayiələr əsassızdır.

Dövlət Neft Şirkəti də benzinin qiymətinin artırılması barədə məlumatları təkzib edib. Tarif Şurasından da bu barədə məlumatların əsasının olmadığı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə