Avropa Birliyindən İrana rədd cavabı

Avropa Birliyindən İrana rədd cavabı

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə ali komissarı Ketrin Aşton ittifaqın İranın nüvə təsislərini gəzmək təklifini rədd edəcəyini açıqlayıb.

 

SİA-nın "Reuters" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Aşton Budapeştdə açıqlamasında İranın bu həftənin əvvəlində səsləndirdiyi dəvətini qəbul etməyəcəklərini bildirib.

 

Komissar İranın dəvətinin Tehranla aparılan nüvə müzakirələrinə mane olmadığını vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə