İngiltərədə terror xəbərdarlığı

İngiltərədə terror xəbərdarlığı

İngiltərə hökuməti aviasiya sektoruna ehtimal olunan "Əl Qaidə" hücumu ilə bağlı xəbərdarlıq edib.

SİA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, İngiltərənin Nəqliyyat Nazirliyi aviasiya sektoru şirkətlərinə xəbərdarlıq məktubu göndərib.

Məktubda "Əl Qaidə" təşkilatının İngiltərədəki hava limanları və ya aviasiya şirkətlərinə yönəlik hücumlar hazırladığına dair əlamətlər olduğu bildirilib. Nazirlik xəbəri şərh etməyib

Bütün xəbərlər Facebook səhifəmizdə