Almaniyanın iri çayları havaların mülayim keçməsi ilə əlaqədar qar təbəqəsinin sürətlə əriməsi üzündən qarşıdan gələn istirahət günləri öz məcrasından çıxa bilər.
SİA-nın xəbərinə görə, Şimali Reyn-Vestfaliya federal əyalətinin nümayəndəsi N-24 telekanalına müsahibəsində bildirib ki, sonuncu dəfə belə vəziyyət 2001-ci ildə müşahidə olunub.
Onun sözlərinə görə, istirahət günləri suyun səviyyəsini ölçən stansiyanın yerləşdiyi Koblents şəhərində su şəhərin mərkəzini basa bilər. Reyn çayında suyun səviyyəsi gələn həftənin əvvəlində ən yüksək həddə çatacaqdır.
Reyn təkcə Almaniyanın deyil, həm də Qərbi Avropanın ən iri çaylarından biridir. Uzunluğu 1,2 min kilometrdən çox olan bu çayın maksimum dərinliyi təxminən 25 metrdir.
Bu günlər Mozel, Oder çaylarının da daşmaq təhlükəsi vardır. Oder çayının uzunluğu 866 kilometr, Mozel çayınınkı isə 250 kilometrdir. Ekspertlərin hesablamalarına görə, yanvarın 8-də suyun səviyyəsi Mozeldə kritik 9 metr həddinə çatacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB