Fransanın paytaxtı Parisdə bir qədər əvvəl fəaliyyətə başlamış "Qafqaz" restoranından sonra ikinci Azərbaycan restoranı açılıb. SİA-nın məlumatına görə, şəhərin mərkəzi hesab edilən 15-ci rayonda açılmış restorana "Aylin" adı verilib.
Restoranın baş aşpazı Zaur Səfərov deyir: "Yenicə fəaliyyətə başlamasına baxmayaraq, müştəri sarıdan korluq çəkmirik. Dadlı yemək həvəskarı olan fransızlardan başqa, Parisdə yaşayan və çalışan digər millətlərin nümayəndələri də Azərbaycan mətbəxinə xüsusi maraq göstərir və tez-tez restoranın müştərisi olurlar. Onlara yüksək səviyyədə xidmət göstərilir. Elə bunun nəticəsidir ki, müştərilərin sayı günbəgün artır.
Restoranda yalnız klassik və müasir Azərbaycan mahnıları, rəqs havaları səsləndirilir. Bundan əlavə müştərilərə "Azərbaycan" adlı bələdçi kitabça təqdim edilir. Onlar kitabçada Azərbaycan barədə ətraflı məlumat alırlar. Müştərilərimiz ən çox xörəklərimizin şahı hesab edilən plova, kabablara, dolmaya, ət və göy qutabına, cızbıza, dovğaya maraq göstərirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB