Mariyam Oşiyan: “Paşinyan özünü elə yuxarıdan aparır ki, sanki gəlmişəm onun evini istəməyə...” ETİRAZ
Ermənistan hökumətinin növbəti iclası zamanı binanın qarşısında etiraz aksiyası keçirilib. SİA xəbər verir ki, bu barədə Ermənistanın 1+ kanalı məlumat yayıb. Etiraz aksiyasında iştirak edən vətəndaş Mariyam Qişyan qeyd edib ki, 2004-cü ilə qədər Şimal prospekti Lalayants 30 ünvanında yaşayıb. Belə ki, həmin mənzildə onun yaşamaq hüququ olub.
“2004-cü ildə mənə heç bir xəbərdarlıq edilmədən məhkəmənin birinci instansiyasında iclas keçirilib və mülkiyyət hüququm ləğv edilib, administrativ qaydada evdən çıxarılmağımla bağlı qərar qəbul olunub”, deyən Qişyan ailəsinin məcburi şəkildə mənzildən çıxarıldığını bildirib: “Gecə mənim evimi əlimdən aldılar, mən yetkinlik yaşıma çatmayan uşaqlarımla, paltarsız şəkildə dağıntılar altından özümüzü zorla çıxardıq. Soyuq qış vaxtı qaldıq küçələrdə”.
Etirazçı sonradan Raffi Ovannisyanın ona kömək etdiyini bildirib. “Raffi Ovannisyan bunu biləndə mənə pal-paltar verdi. O, mənə 3 il kömək etdi və başımıza gələnləri yaxşı bilir”, Qişyan deyib.
Lakin etirazçı yeni hökumətə dəfələrlə müraciət etdiyini, lakin onun şikayətinə qulaq asılmadığını bildirib. Hazırda o, işləmədiyini və müvəqqəti yerdə yaşadığını bildirib.
Ancaq maraqlı məqam budur ki, Mariyam Qişyan sözügedən problemi ilə bağlı bir müddət öncə Nikol Paşinyana müraciət etdiyini deyib, lakin ona verilən vədinin yerinə yetirilməmiş qaldığını bildirib: “Mən ümid edirdim ki, cənab Paşinyan baş nazir olana qədər söz vermişdi ki, mənim məsələmi 5 dəqiqəyə həll edəcək və bunun üzərindən bir neçə ay keçsə də mənimlə görüşmək, danışmaq istəmir. Özünü elə yuxarıdan aparır ki, sanki gəlmişəm onun evini istəməyə, hansı ki, öz evimi istəyirəm”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB