Gəncədə 18-ci əsrdə inşa edilən Uğurlu bəy karvansarayının restavrasiya olunması işi bu il nəzərdə tutulsada, işlər gələn ilə qala bilər. Bu barədə SİA-nın bölgə müxbirinə Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mina Məlikova məlumat verib. Onun sözlərinə görə, Şah Abbas karvansarayı ilə Uğurlu bəy karvansarayının restavrasiyasının eyni anda aparılması gündəmdə olsada, hələlik birinci tarixi abidənin qorunması üzərində iş aparılır.
"Hazırda Şah Abbas karvansarayı restavrasiya olunur. Zaman çatsa digər tarixi abidələr, həmçinin Uğurlu bəy karvansarayıda restavrasiya olunacaq", deyə M.Məlikova bildirib.
Qeyd edək ki, Uğurlu bəy karvansarayı 18-ci əsirdə inşa edilib və günümüzədək qorunub saxlanılıb. Bina memar Şeyx Bahəddin Məhəmməd Alimin layihəsi əsasında, yumurta ağı ilə gil-əhəng qarışığı, bişmiş qırmızı kərpicdən tikilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB