Prezident İlham Əliyev yanvarın 16-18-də Latviyaya rəsmi səfər edəcək

Prezident İlham Əliyev yanvarın 16-18-də Latviyaya rəsmi səfər edəcək
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Latviyaya rəsmi səfərinin vaxtı məlum olub. SİA-nın Latviyanın www.nasha.lv saytına istinadən verdiyi xəbərə görə, prezident İlham Əliyev yanvarın 16-18-də Latviyaya rəsmi səfər edəcək.

Azərbaycan prezidenti yanvarın 16-da Riqada olacaq, yanvarın 17-də isə onun Latviya prezidenti Valdis Zatlers ilə görüşü keçiriləcək. Səfər çərçivəsində ikitərəfli münasibətlərin inkişafı dair məsələlər müzakirə olunacaq. Bundan əlavə, səfər zamanı müxtəlif sahələr üzrə ikitərəfli əməkdaşlığa dair sənədlərin imzalanması gözlənilir.

Qeyd edək ki, Latviyanın Azərbaycandakı səfiri Hardiys Baumanis bildirib ki, 2011-ci ildə Riqada Latviya-Azərbaycan hökumətlərarası komissiyasının iqtisadi əməkdaşlığa dair növbəti iclasının keçirilməsi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə