Roman Nəsirov Ukrayna prezidenti olmaq istəyir

Roman Nəsirov Ukrayna prezidenti olmaq istəyir

Ukraynanın Fiskal Xidmətinin sabiq rəisi, əslən azərbaycanlı Roman Nəsirov prezidentliyə namizədlik üçün sənədlərini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib. Bu barədə MSK-nın mətbuat xidməti məlumat yayıb. MSK beş gün müddətinə R.Nəsirovun müraciətinə baxacaq.

Qeyd edək ki, Ukraynada seçki kampaniyasına dekabrın 31-dən başlanılıb. Prezident seçkiləri martın 31-də keçiriləcək. Mərkəzi Seçki Komissiyası artıq 8 nəfərin prezidentliyə namizədliyini qeydə alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə