“Mərziyə Haşemini bir müsəlman kimi təhqir ediblər” İRAN XİN

“Mərziyə Haşemini bir müsəlman kimi təhqir ediblər” İRAN XİN

İranın Press TV telekanalının jurnalisti Mərziyə Haşeminin ABŞ-da baş vermiş həbsi qanunsuz və qeyri-insani haldır, onun saxlanma şəraiti isə insan hüquqlarının pozulmasıdır. SİA xəbər verir ki, bu barədə İran XİN-nin rəhbəri Bəhram Qasemi bildirib.

“Biz, ABŞ-ın Mərziyə Haşemiyə tətbiq etdiyi qanunsuz həbsi və qeyri-inani davranışları ittiham edirik”, deyə Qaseminin sözlərini İran XİN-nin rəsmi saytı yayıb. Bildirilir ki, amerikalı tərəfin ona münasibəti birbaşa insan haqlarının pozulmasıdır. “O, Haşeminin iki gün boyunca istənilən kimsə ilə görüşmək imkanından məhrum olub, həbsindən sonra göstərilən münasibət isə bir müsəlmanı təhqir edəcək şəkildə qiymətləndirilməlidir”, deyə Qasemi bildirib.

Qeyd edək ki, həbsin təfərrüatları barədə heç nə deyilmir və ona qarşı formal ittihamlar irəli sürülməyib. Mərziyə Haşeminin ABŞ-a qohumlarını ziyarət etməsi üçün getdiyi və Sent-Luis hava limanında saxlanıldığı bildirilir. Hadisə isə ötən bazar günü baş verib, lakin FTB həbs barədə yalnız bu gün informasiya yayıb.

Saxlanılan şəxs öz qohumlarına kobud və sərt davranışla qarşılaşdığını danışıb. Onun sözlərinə görə, üzərindən iradəsindən asılı olmayaraq, baş örtüyü çıxarılıb, eləcə də halal, yaxud, vegetarian qidaların verilməsi tələbi rədd edilib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə