"Azərbaycan iqtisadiyyatı güclü olan ölkəyə çevrilir” ÖZƏL-RƏY

"Azərbaycan iqtisadiyyatı güclü olan ölkəyə çevrilir” ÖZƏL-RƏY

“Dövlət başçısının rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən qeyri-neft sektorun diversifikasiyası siyasəti geniş vüsət alıb”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputatın sözlərinə görə, son illər yeni sənaye parkları, sənaye zonaları və sənaye məhəllələrinin yaradılma prosesi sürətlənib: “2018-ci ilin sosial-iqtisadi göstəricilərində qeyri-neft sənayesində ən çox artım qeyri-neft sənayesində olub və bu 9,1% göstəricisi ilə qeydə alınıb. Yeni sənaye müəssisələrinin açılışları isə cari ildə bu göstəricini daha yüksəldəcək, daxili tələbatını tam təmin etməklə ixrac potensialımızı artıracaq və ölkəmizin makroiqtisadi sabitliyinin qarantı olacaqdır.

Bu gün cənab Prezdent İlham Əliyevin Sumqayıtda açılışını etdiyi Karbamid zavodu kənd təsərrüfatında istifadə olunan azot gübrələrə olan tələbatı tam ödəyəcək, ixracın çeşidini genişləndirəcək, ölkəyə ildə əlavə 80 milyon dollar valyuta gətirəcək, 500 daimi iş yeri təmin olunacaq. Polimer, propilen və karbamid zavodlarına 2,8 milyard dollar sərmayə qoyulub və bu zavodların işə düşməsi Azərbaycanın sürətlə sənayeləşməyə getdiyini göstərir.

Ulu Öndər demişdi ki, “İqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir”. Bu gün Azərbaycan sözün əsil mənasında iqtisadiyyatı güclü olan ölkəyə çevrilir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə