“Müxaliflər xalqın inamını itirmiş yalançılardır” RƏY-ÖZƏL

“Müxaliflər xalqın inamını itirmiş yalançılardır” RƏY-ÖZƏL

“Hər zaman olduğu kimi bu dəfə də adları çəkilən şəxslər tərəfindən keçiriləcək mitinq uğursuzluğa düçar olacaq”. Bunu SİA-ya açıqlamasında "Azadlıq Hərəkatçılar Birliyi"nin sədri Təhmasib Novruzov deyib.

Onun sözlərinə görə, həmişə müxalifətin mitinqlərinə ancaq elə öz qohumları, partiya daxilində olan şəxslər qatılıb: “Xalq bunların keçirdiyi heç bir mitinqi dəstəkləmir və bu mitinqlərə də getmirlər. Çünki bu qüvvələr xalqın gözündən tamamilə düşüb. Belə olan halda onlar hansı mitinqlərdən danışırlar. Ümumiyyətlə, müxalifət təmsilçiləri hər fürsətdən yararlanmağa çalışıblar. AXCP, Müsavat funksionerlərinin başlıca məqsədləri xarici maraqlı dairələrin çirkin planlarını relallaşdırmala qrant almaqdır. Yəni öz şəxsi mənafeləri üçün hər cür yaramaz əməllərdən istifadə edilər. Amma nə etmələrindən və nə istəməsindən asılı olmayaraq onlar heç nə edə bilməyiblər. Müxalifət düşərgəsində təmsil olunan şəxslər reallığı özündə əks etdirməyən xəyallarla yaşayaraq ümid edirlər ki, nə vaxtısa onlar da nəyə isə nail ola biləcəklər. Onların bu arzularının həyata keçməsi mümkün deyil. Çünki müxaliflər xalqın inamını itirmiş yalançılardır. Bu baxımdan da, müxalifət düşərgəsini təmsil edən qüvvələr öz fəaliyyətsizliklərini çox gözəl başa düşürlər. Yəni, müxalifət liderləri başa düşürlər ki, uğursuzluğa düçar olublar və onların cəmiyyətdən heç bir dəstəyi yoxdur. Təəccüblü məqam odur ki, həmin liderciklər öz uğursuzluqlarını başa düşsələr belə, yenə bunu büruzə vermək istəmirlər. Bu isə onların faciəsidir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə