Ərəb politoloqu: “Suriya bütün münaqişələrin sülh yolu ilə həllini zəruri hesab edir”
Ərəb jurnalisti və politoloqu Basel Haj Jasem "Caucasus Times" mətbuatına müsahibəsində Suriya prezidenti Bəşər əl-Əsədin ötən il İrəvan və Bakıya səfərini şərh edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, o müsahibəsində bildirib ki, prezidentin Ermənistan və Azərbaycana səfərlərinin məqsədi Qafqaz, Balkan və Yaxın Şərq ölkələrinin gələcəyinə ümumi baxış etməkdir. Səfərin digər məqsədi bu iki ölkədə ehtiyac və səbəbləri aktivləşdirmək üçün sülh təşəbbüslərinin əsas mərkəzi, Şərq və Qərb arasındakı əlaqələr platforması kimi Suriyanın tarixi rolunu bərpa etmək idi. Bundan əlavə, digər ölkələrın ambisiyalarına qarşı fikir yaratmaq, Azərbaycan və Ermənistan arasındakı münaqişənin həllinə dair kömək əli uzatmaqdan ibarətdir.
"Bu Suriyanın Qara və Xəzər dənizi regionunda gələcək maraqlarını əks etdirir. Suriya bu regiondakı münasibətlərin inkişafında maraqlı olmaqla yanaşı həm də bu ölkələrin və onların qonşuları arasındakı münasibətlərin inkişafına da nəzarət edir. Burada Türkiyə Ermənistan münasibətləri xüsusilə vacibdir. Hansı ki bu münasibətlər 1993-cü ildə Azərbaycan və Ermənistan münaqişəsi nəticəsində sərhədlərin bağlanması nəticəsində gərginləşib. Lakin buna baxmayaraq son dövlətdə həmin münasibətlərdə yenidən müsbət tendensiyalar nəzərə çarpır. Suriya bütün bu münqişələrin sülh yolu ilə həllini zəruri hesab edir. Qeyd edim ki, Dəməşq Türkiyə-Ermənistan sərhədlərinin açılmasında maraqlıdır, çünki bu Suriyanın Ermənistana və Cənubi Qafqazın başqa ölkələri arasında tranzit və ticarət əlaqələrinin inkişafına imkan yaradacaq", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB