General Manvelyanın düşmənləri Paşinyana ultimatum göndərdilər TƏLƏB

General Manvelyanın düşmənləri Paşinyana ultimatum göndərdilər TƏLƏB

Ermənistanın “Yerkrap” könüllülər ittifaqının keçmiş sədri, sabiq deputat, korrupsiya və s. cinayətlər üzrə ittiham edilərkən həbs olunan general Manvel Qriqoryanın girov müqabilində azadlığa buraxılmasına qarşı etirazlar davam edir. SİA news.am-a istinadən xəbər verir ki, hakimiyyətdən onun azadlığa buraxılmamasını, yenidən həbsə gönsərilməsini tələb edən etirazçılar kütləvi aksiyalara və küçə yürüşlərinə çıxıblar.

Aksiya iştirakçılarından olan Cican Abramyan jurnalistlərə deyib ki, onlar hakimiyyəti təmsil edən kimsə ilə danışıqlara getməyəcəklər və yalnız Nikol Paşinyanla görüşmək istədiklərini bildiriblər Bununla yanaşı, ultimatumla çıxış edən etirazçıları deyiblər: “Cənab Paşinyan, elə edin ki, bzim qrup sizinlə görüşmək imkanı əldə etsin. Bizim, sezə deyəcəklərimiz var”.

Abramyan əks halda itaətsizlik göstərəcəklərini və aksiyalarını daha sərt şəkildə keçirəcəklərini deyib və yolların bağlanacağını da istisna etməyib.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə