Struktur islahatları Azərbaycanın dinamik inkişafına töhfələr verəcək ANALİTİK
Prezident İlham Əliyev: “Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü”
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq fərmanları əsasında struktur dəyişiklikləri həyata keçirilməkdədir. Belə ki, burada əsas məqsədlərdən biri də dövlət idarəçiliyinin təkmilləşdirilməs, çevik, yığcam və məqsədyönlü fəaliyyət göstərən yeni strukturun formalaşdırılması, dövlət xidmətlərinin optimallaşdırılması və səmərəliliyinin artırılmasını nəzərdə tutulması faktorudur ki, bu da ilk növbədə xalqın rifahına hesablanmış mühüm addım olaraq qiymətləndirilir.
Azərbaycan dövləti beynəlxalq arenada dünyanın ən islahatçı ölkəsi olaraq dəyərləndirilməkdədir
Digər tərəfdən, o da sirr deyil ki, daim inkişaf və tərəqqi yolunu tutan ölkədə müxtəlif sahələrdə islahatlar aparılmasa, yeniliklərin əldə edilməsi prosesi zəifləyər və nəticədə qarşıya qoyulmuş məqsədlər reallaşdırılmamış qalar. Məhz bu məqsədlə, dövlətimizin başçısı tərəfindən yanvarın 14-də struktur islahatları ilə bağlı verdiyi mühüm qərarı bütövlükdə xalqın və dövlətin daha yüksək, dinamik inkişaf xətti tutmasına stimul verəcək. Onu da qeyd etmək yerinə düşərdi ki, bənzər islahatlar daha öncələr də həyata keçirilib və əbəs deyil ki, Azərbaycan dövləti beynəlxalq arenada dünyanın ən islahatçı ölkəsi olaraq dəyərləndirilməkdədir. O cümlədən, bunun nəticəsidir ki, reallaşdırılmış islahatlar nəticəsində Azərbaycanın sosial-iqtisadi və s. sahələrdə əldə etdiyi nailiyyətlərin hər biri sözügedən amilə əsaslanmaqdadır.
Bu prinsiplər, bilavasitə Azərbaycanın davamlı inkişafına daha çevik, daha sürətli impulslar verir
Cənab İlham Əliyev, Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yeni islahat istiqamətləri barədə danışarkən də vurğulayıb ki, artıq köhnə idarəetmə funksiyalarından imtina edərək, daha uğurlu funksiyaya keçid etmək zərurəti yaranıb. “İndi struktur islahatı gözlənilir. Çünki indi idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü”, deyə qeyd edən dövlətimizin başçısı həmçinin burada əsas olaraq, aparılan struktur islahatlarının müasir çağırışlara cavab verməsi əhəmiyyətinə də toxunub. Məhz bu baxımdan, Prezident İlham Əliyev hesab edir ki, aparılan struktur islahatları dövlət idarəetməsini iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdırır, habelə, yeni iqtisadi modelə uyğun olaraq institusional faktorlar daha müasir standartlara əsaslanır. Bu prinsiplər isə, bilavasitə Azərbaycanın davamlı inkişafına daha çevik, daha sürətli impulslar verir.
Struktur islahatların verəcəyi əsas faydalardan biri də Azərbaycanda biznes mühitinin daha da təkmilləşdirilməsi və rəqabətin gücləndirilməsidir
Qeyd olunduğu kimi, struktur islahatları əsas olaraq iqtisadi inkişafa daha münbit şərait yaradır. Əgər iqtisadi inkişaf deyiriksə, burada daha bir mühüm məqam biznes mühiti ilə də əlaqələndirilə bilər. Daha dəqiq desək, struktur islahatların verəcəyi əsas faydalardan biri də Azərbaycanda biznes mühitinin daha da təkmilləşdirilməsi və rəqabətin gücləndirilməsidir. Belə ki, yığcam və məqsədyönlü dövlət aparatı özəl sektorun fəaliyyətinə müdaxiləni minimuma endirməklə daha çox bazar tənzimlənməsinə şərait yaradır ki, bu dövlət və bazar tənzimlənməsinin optimal nisbətini müəyyənləşir. Nəticədə qeyd edilən amillər özəl sektorun güc mənbəyinə çevrilir, onun inkişafına öz töhfələrini verir.
Bu mənada, struktur islahatlarındakı daha bir vacib məqam “Azərsilah” ASC və Aqrar Xidmətlər Agentliyinin yaradılması ilə bağlı Prezident İlham Əliyev tərəfindən verilən fərmandır. Bu Xidmətin yaradılması ölkədə aparılan şaxələndirmə siyasətinə xidmət göstərməklə, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, qeyri-neft ixracının genişlənməsi, idxalın əvəzlənməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və ordunun hərbi-texniki təchizatında kəmiyyət və keyfiyyət göstəricilərinin daxili istehsal hesabına yüksəldilməsini təmin edəcək.
Bütövlükdə isə, nəticə etibarilə belə bir qənaətə gəlmək mümkündür ki, Azərbaycanın dünya iqtisadiyyatında mövqelərini gücləndirmək və s. önəmli məqsədlər baxımından reallaşdırılan struktur islahatları ölkəmizin tarazlı inkişafını təmin edir, eləcə də, məhsuldarlığın artırılması, ölkəyə daha çox investisiyanın cəlb olunması və yeni iş yerlərinin yaradılmasına böyük təkan vermiş olur.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB