Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozonun Azərbaycana səfərinin proqramı bəlli olub. SİA-nın Avropa Komissiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, Joze Manuel Barrozo ilk öncə Türkmənistana səfər edəcək. Avropa Komissiyasının prezidenti yanvarın 13-də Türkmənistana səfərini başa vurduqdan sonra Bakıya gələcək.
Yanvarın 14-də Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozonun Azərbaycan dövlət başçısı İlham Əliyev və müvafiq nazirliklərin rəhbərləri ilə görüş keçirəcək və sazişlər imzalayacaq. Həmin sazişlər enerji sahəsini və daha geniş siyasi konteksti əhatə edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB