Qış fəsli üçün xarakterik olmayan isti hava şəraiti insan sağlamlığı üçün nə dərəcədə zərərlidir?
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Rauf Nağıyev qış fəslinə uyğun olmayan isti hava şəraitinin insan sağlamlığına nə dərəcədə zərərli olmasına aydınlıq gətirib. O SİA-ya açıqlamasında bildirib ki, qış dövrünə aid hazırki vəziyyəti tibbi terminlə stabil hesab etmək olar. Onun sözlərinə görə, əgər isti havalardan sonra soyuqlar birdən düşsəydi, o zaman soyuqdəymələr artacaqdı, ancaq hələlik vəziyyət stabil olduğu üçün elə bir nəzərəçarpacaq dəyişiklik yoxdur.
"Ancaq havalar birdən soyuduğu halda spazmalar, ürək, qan-damar sistemində dəyişiklik, təzyiq, ürəkdə ağrı və ürək çatışmamazlıqları daha çox olur. Belə temperaturlarda, yəni soyuğun və ya istinin həddindən artıq çox olduğu dövrdə orqanizm ona cavab reaksiyası verir və xəstələnmə özünü biruzə verir. Bu kimi hallarda, yəni istilərdən sonra birdən soyuqlar düşdükdə və ya əksinə halda orqanizm stabil olduğu üçün uyğunlaşma gedir və kəskin dəyişiklik hiss olunur. Hazırda isə Bakı şəhərində geniş epidemiya müşahidə olunmur. Ümumilikdə götürdükdə isə indiki vəziyyəti stabil adlandırmaq olar", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB