Emin Həsənli: “Müxalifətdəkilər yarasız bir təbəqəyə çevrilib” RƏY-ÖZƏL

Emin Həsənli: “Müxalifətdəkilər yarasız bir təbəqəyə çevrilib” RƏY-ÖZƏL

“Xarici maraqlı dairələrdən maddi və mənəvi baxımdan asılı olan müxalif ünsürlər küçə təfəkkürünü ortaya qoymaqla diqqət mərkəzinə çevrilməyə ümid bəsləyirlər”. Bunu SİA-ya açıqlamasında TOHGM İB-nin sədri Emin Həsənli deyib.

Onun sözlərinə görə, bunun nəticəsi olmayacaq: "Çünki, müxalifətdə olanlar yarasız bir təbəqəyə çevrilib. Hər zaman olduğu kimi bu dəfə də müxalifət düşərgəsini təmsil edən şəxslərin keçirdikləri aksiyalar keçirsələr də, oraya ancaq 20-30 nəfər ancaq yığışacaq. Çünki onların sosial bazası yoxdur, xalq onlara inanmır və dəstəkləmir. Mehman Hüseynovla bağlı məsələyə gəlincə, isə, artıq bəlli olduğu kimi M.Hüseynov özü açıqlama verib ki, o aclıq aksiyasını dayandırıb. Hətta bununla bağlı vəkili vasitəsi ilə məktubla da müraciət ünvanlayıb. M.Hüseynov qardaşını və onun aclıq aksiyasını şouya çevirənləri qınayıb. Azərbaycanda məsələlər qanunla və hüquqi formada öz həllini tapır. Müxalifətin bu cür atılıb, düşməsi stəkanda fırtına yaratmağa bənzəyir. Ümumiyyətlə, inkişaf etmiş Azərbaycan dövlətinin uğurlarına bu kimi qüvvələr heç vaxt kölgə sala bilməyəcəkdir. Çünki dövlətimiz dünya dövlətləri arasında öz sözünü demiş və hörmətini qazanmış bir dövlətdir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə