Mais Səfərli: “Müxalifət xarici məkrli qüvvələrin əlində alətə çevrilib” RƏY-ÖZƏL

Mais Səfərli: “Müxalifət xarici məkrli qüvvələrin əlində alətə çevrilib” RƏY-ÖZƏL

“Azərbaycan qanunvericiliyinə görə, kütləvi aksiyaların keçirilməsi mümkündür”. Bunu SİA-ya açıqlamasında “Yurddaş” partiyasının sədri Mais Səfərli deyib.

Onun sözlərinə görə, təbii ki, aksiyaların da keçirilməsinin qaydaları var: “Yəni yerli icra hakimiyyətinə müraciət olunmalıdır. Yerli icra hakimiyyətinin razılığı əsasında bu tədbir keçirilə bilər. Müxalifət aksiyanı bloger Mehman Hüseynovla bağlı keçirtmək istəyir. Buna nə ehtiyac var? Hazır ki, məqamda buna heç bir ehtiyac yoxdur. Demək olar ki, Azərbaycanı istəməyən qüvvələr hər zaman çalışıblar ki, uğurlarımıza kölgə salsınlar. Yəni xarici məkrli qüvvələr ölkə müxalifətindən istifadə edərək bizə təzyiq etmək istəyirlər. Bu da ondan xəbər verir ki, müxalifət milli maraqları əldə əsas tutmur. Onlar üçün yalnız bir məqsəd var, Qərbdə kiminsə xoşuna gəlmək və öz maraqlarını təmin etmək. Bu bir faktdır ki, müxalifət tərəfindən keçirilən bu aksiyalara ancaq öz qohumları və partiyaları daxilində olan 3-5 nəfər qatılıb. Müxalifətin bu günə qədər keçirdiyi heç bir aksiya baş tutmayıb və tutmayacaqdır. Çünki onlar cəmiyyətdə öz nüfuzlarını tamamilə itirmiş qüvvələrdir. Yəni cəmiyyət tərəfindən heç bir dəstəkləri yoxdur”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə