"Zaxarova qərəzliliyini nümayiş etdirir" RƏY-ÖZƏL

"Zaxarova qərəzliliyini nümayiş etdirir" RƏY-ÖZƏL

"Rusiyanın XİN sözçüsü Mariya Zaxarova verdiyi bəyanatlarla öz funksiyalarını aşır. Onun vəzifəsi mətbuat katibidir və o ölkəsinin prioritetlərini açıqlamalı, dövlət və nazirlik adından çıxış edərək bir sıra məsələlərə aydınlıq gətirməkdir. Lakin Zaxarovanın bu sahədə təcrübəsizliyi və qərəzliliyi görünür ona düzgün fəaliyyət göstərməyə imkan vermir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq, keçmiş diplomat Fikrət Sadıqov deyib.

Zaxarovanın artıq bir neçə dəfədir ermənipərəst mövqeyə malik bəyanatlarla çıxış etdiyini deyən politoloq onun peşəkar diplomat olmadığını dilə gətirib: “O diplomatiyaya faktiki olaraq başqa sahədən gəlib və görünür ki, hələ də formalaşmayıb”.

F. Sadıqov vurğulayıb ki, Rusiya XİN sözçüsünü ermənipərəst mövqeyi Azərbaycan-Rusiya münasibətlərinə zərbədir: “Hazırda ölkələr arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. Lakin Zaxarovanın bəyanatı bu əlaqələrə tamamilə ziddir. Azərbaycan tərəfindən həm ekspertlər, həm də cəmiyyət tərəfindən ona tutarlı cavab verilməlidir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə