“Ermənistan siyasətçiləri konyakla satın alır" ŞAHİD ŞƏRHİ

“Ermənistan siyasətçiləri konyakla satın alır" ŞAHİD ŞƏRHİ

Milli Məclisin deputatı Aydın Mirzəzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında “Heç kimə sirr deyil ki, Ermənistan beynəlxalq arenada konyak diplomatiyasını işə salıb və bir çox siyasətçiləri satın alıb. Əvvəlki illərdə Ermənistanın xarici siyasətində rüşvət amili birinci yerdə idi” fikirlərini şahid olduğu hadisə ilə şərh edib.

Deputat SİA-ya açıqlamasında deyib: “Təqribən 10-15 il əvvəl Gürcüstanın paytaxtı Tiflis şəhərində Cənubi Qafqaz ölkələrinin əhatə olunduğu beynəlxalq tədbirdə iştirak edirdim. Tədbirdə beynəlxalq təşkilatların nümayəndələri də iştirak edirdilər.

İkigünlük tədbirin sonunda Gürcüstan tərəfi iştirakçılar üçün ziyafət təşkil etdi. Ziyafətin sonuna yaxın Ermənistan nümayəndələri hər kəsə bir Ermənistan konyakı bağışlamağa başladılar. Azərbaycan tərəfi onlardan hədiyyə almamaq üçün ziyafətin sonunu gözləmədən hotelə getdi. Bütün bunlar göstərir ki, Ermənistan beynəlxalq arenada "konyak diplomatiyası"nı işə salıb və bir çox siyasətçiləri satın alır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə