Ukraynada azərbaycanlı alimin kitabı işıq üzü görüb

Ukraynada azərbaycanlı alimin kitabı işıq üzü görüb
Ukraynanın Delta nəşriyyatında Naxçıvan Dövlət Universitetinin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü İsa Həbibbəylinin "Cəlil Məmmədquluzadə" adlı kitabı rus dilində işıq üzü görüb. SİA-nın xəbərinə görə, kitab kütləvi tirajla nəşr edilib və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Hesabat məhsulunda "Molla Nəsrəddin" jurnalının yaradıcısı, məşhur yazıçı-dramaturq, tanınmış publisist Cəlill Məmmədquluzadənin zəngin bədii irsi, Azərbaycan ictimai rəyinin inkişafına əvəzsiz töhfələri haqqında ətraflı məlumat verilir.

Bütün xəbərlər Facebook səhifəmizdə